"Sabah" Misli Premyer Liqasında heç-heçə edib.
Paytaxt təmsilçisi IX turda "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
"Sabah"ın heyətində 54-cü dəqiqədə Stiv Solvet, 73-cü dəqiqədə Coy Lens Mikels (penalti) fərqləniblər: Naxçıvan klubunun qollarına 58-ci dəqiqədə İssuf Paro, 90+8-ci dəqiqədə Simakala imza atıblar.
 
                        