Bakı. Trend:
Katoliklərin ruhani lideri Papa XIV Leo bu gün Livan Baş naziriNavaf Salam və müavini Tarik Mitri ilə görüşüb.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, görüşlər Vatikanın DövlətKatibliyində keçirilib.
Görüşdə iki ölkə arasında mövcud diplomatik əlaqələr və Papa XIVLeonun 30 noyabr – 2 dekabr tarixlərində Livana edəcəyi rəsmi səfərüçün ortaq gözləntilər müzakirə olunub.
Həmçinin, Livan xalqının ölkənin islahat və sabitlikproseslərinə olan ümidləri və bölgədə tam sülhün təmin olunmasıistiqamətindəki ortaq arzular ifadə edilib.
Baş nazir Navaf Salam Livan xalqının Papanın səfərini böyüksevinc ilə gözlədiklərini bildirib.