EN

İranın ən böyük bankı müflis oldu

Metbuat saytından alınan məlumata görə, ain.az bildirir.

İranın ən böyük banklarından biri olan "Ayandeh Bank" özünü müflis elan edib, onun aktivləri dövlətin mülkiyyətinə keçib.

Metbuat.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Məlumata görə, 2012-ci ildə təsis edilən "Ayandah Bank"ın İran daxilində 260 filialı var idi və orada 4 min nəfər çalışırdı. Lakin son vaxtlar bank borc səbəbindən çətin vəziyyətə düşüb: yığılmış itkilər təxminən 5,2 milyard ABŞ dollarına, borclar isə təxminən 2,9 milyard ABŞ dollarına çatıb.

Lakin 13 illik fəaliyyətdən və 10 ildən çox davam edən restrukturizasiya cəhdlərindən sonra bank yalnız bu ay rəsmi olaraq özünü müflis elan edib. Bütün aktivləri, depozitləri və filialları İran Milli Bankına verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
74
1
metbuat.az

2Sources