EN

Avtoşluq edən sürücülər məsuliyyətə cəlb olundu...


Paytaxtın Nəsimi rayonunda gecə saatlarında sakinlərin rahatlığını pozan, yol hərəkəti qaydalarına riayət etməyən sürücülər və digər hüquqpozmalara yol verən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

DİN məlumat verilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Əcəmi dairəsi” adlanan ərazidə gecə saatlarında keçirilən tədbirlərlə avtoxuliqanlıq hərəkətlərinə yol verən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 4 sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.

Paytaxt ərazisində sakinləri narahat edən bu cür halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

ZÜMRÜD

Chosen
45
30
baki-xeber.com

10Sources