EN

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi "Avropada Təhsil" sərgisi keçirir

Bakı. Trend:

25 oktyabr tarixində Bakıda Avropa İttifaqının AzərbaycandakıNümayəndəliyi “Avropada Təhsil” sərgisinin
açılışı olub.

Trend xəbərverir ki, 26 oktyabrda "Hilton” mehmanxanasında davam edəcəksərgidəAvropanın 10 ölkəsini təmsil edən 30-dan çox universitet iştirakedib potensial tələbələrə təhsil imkanları barədə məlumatverir.

Açılış mərasimində Aİ-nin Azərbaycandakı səfiri MariyanaKuyundziç, Azərbaycan Respublikasının elm və təhsil nazirininmüavini Həsən Həsənli və Aİ-yə üzv dövlətlərin səfirləri iştirakediblər.

Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziçbildirib:

“Biz sizi Avropa İttifaqının ali təhsil dünyasına dəvət edirik.“Taleyini təhsil yazsın” builki təhsil sərgisinin şüarıdır. Təhsilimkanlara açılan bir qapıdır və biz Azərbaycanın gənc nəsliniAvropa İttifaqında ali təhsil sahəsində olan imkanları kəşf etməyədəvət edirik”.

Sərginin rəsmi açılış mərasimində iştirak edən elm və təhsilnazirinin müavini Həsən Həsənli Azərbaycan hökuməti tərəfindənhəyata keçirilən “2022-2028 Dövlət Proqramı” çərçivəsində Avropauniversitetlərində 200-yə yaxın tələbələnin təhsil aldığınıbildirmiş, proqramın yaratdığı imkanları vurğulamışdır. Nazirmüavini, həmçinin Latviya, Macarıstan və Rumıniya kimi Avropaölkələri ilə hökumətlərarası təqaüd proqramları vasitəsiləikitərəfli əməkdaşlığın həyata keçirildiyini qeyd etmişdir.Azərbaycan ali təhsil müəssisələri ilə Avropa universitetləriarasında mövcud əməkdaşlıqlar çərçivəsində həyata keçirilən ikilidiplom proqramları, ortaq tədqiqat layihələri və müəllim-tələbəmübadilələri barədə məlumat verilmişdir.

“Avropada Təhsil” sərgisi Aİ-nin Azərbaycandakı Nümayəndəliyininkeçirdiyi geniş miqyaslı təhsil kampaniyasına daxildir. Sərgi həmdə Aİ-Azərbaycan arasında daha geniş tərəfdaşlığın bir hissəsidir.Aİ Azərbaycanda təhsil sektorunu 29 layihə ilə dəstəkləmişdir.

Sərginin hər iki günündə təmənnasız olaraq keçiriləcək məlumatsessiyalarında Avropa universitetləri təhsil proqramlarını təqdimedəcəklər. Gənc Avropa Səfirləri Aİ-nin dəstəklədiyi təhsilimkanları haqqında da məlumat verəcəklər.

“Avropada Təhsil” sərgisi şənbə və bazar günləri, 25-26 oktyabrtarixlərində saat 10:00-dan 18:00-dək
“Hilton” mehmanxanasının “Sevda” zalında keçiriləcək. Avropadatəhsil almağa marağı olan bütün tələbə və gənc mütəxəssislərwww.eu4azerbaijan.eu/europe-education-fair/linkdən istifadə edərək qeydiyyatdan keçməyə və tədbirə qatılmağadəvət olunurlar.

Chosen
89
1
az.trend.az

2Sources