Ukrayna Milli İrs İnstitutu küçələrə və mədəni irs obyektlərinə rus inqilabçısı və Rusiya İmperatoru II Aleksandra qarşı sui-qəsd planının iştirakçısı olan Nikolay Kibalçiçin şərəfinə adların verilməsinə icazə verib.
Musavat.com xəbər verir ki, Kibalçiç "Rusiya imperialist təbliğatının" simvolu hesab olumayan və buna görə də Ukraynada dekolonizasiya siyasəti çərçivəsində qadağan edilməyən şəxslər siyahısına daxil edilib.
Nikolay Kibalçiç keçmiş Rusiya İmperiyasının Çerniqov quberniyasında (Ukraynanın Çerniqov vilayəti-red.) anadan olub. O, "Narodnaya Volya" inqilabi təşkilatının üzvü olub və II Aleksandra qarşı iki sui-qəsd planında iştirak edib. 1881-ci ildə imperatoru ölümcül yaralayan bombanı hazırlayan Kibalçiç olub. Bunun üçün Kibalçiç həbs edilib və daha sonra edam edilib. Həbsdə olarkən Rusiyanın ilk reaktiv təyyarəsinin dizaynını hazırlayıb.
Ukraynada qÉ™bul edilÉ™n bu qÉ™rar Rusiyada ciddi rezonansa sÉ™bÉ™b olub.Â
Musavat.com