EN

Yapon turist Roma Panteonunun divarından yıxılaraq ölüb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Roma, 25 oktyabr, AZƏRTAC

Yaponiyalı turist İtaliyanın paytaxtı Romadakı Panteonun perimetr divarından yıxılaraq ölüb.

AZƏRTAC xəbər verir ki, 70 yaşlı kişi təxminən 7 metr hündürlükdən xəndəyə yıxılıb. Mülki müdafiə qüvvələri Panteonun xaricindəki giriş qapısını açaraq ona çatmağa çalışıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisənin başvermə səbəbini araşdırır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
101
1
azertag.az

2Sources