Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 15:00-da rayonun Mollalı kəndi ərazisində qeydə alınıb.
1961-ci il təvəllüdlü Koroğlu Pirməmməd oğlu Rzayev sürdüyü 90-FZ-235 dövlət nömrə nişanlı "Mitsubishi Pajero" avtomobilində idarəetməni itirib və avtomobili yolun kənarındakı arxa aşırıb.
Sürücünün hadisə yerində həyatını itirdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.