EN

Tanınmış vəkil bu maddə ilə İTTİHAM OLUNUR

Ajans.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Səadət Seyidli məlumat verib. Vəkilin sözlərinə görə, həmkarı Cinayət Məcəlləsinin 221.2.2-ci ( xuliqanlıq-hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə ittiham olunur. Hadisə Göygöldə baş verib. Z.Qəhrəmanovun avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək ona xəsarət yetirdiyi bildirilir. Vəkilin təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir. Məlumat üçün bildirək ki, 221.2.2-ci maddənin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və 1 ildən 3 ilədək həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, Gəncədə yaşayan vəkil daha çox Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilənİlkin Süleymanovun  müdafiəçisi kimi tanınıb. Bir neçə gün əvvəl onun vəkillik fəaliyyəti 6 aylıq dayandırılıb.

Chosen
23
2
Ajans.az

10Sources