EN

Bu xəstəxananın yeni mərhələ üzrə tikintisinə 9,5 milyon sərf olunacaq

Ağdam Rayon Mərkəzi Xəstəxanasının (210 çarpayılıq) üçüncü mərhələ üzrə tikintisinə başlanılır.

Publika.az "Trend"ə istinadla xəbər verir ki, Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda, nazirlik xəstəxananın bu mərhələ üzrə tikintisinə 9.5 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli 2022-ci ildə qoyulub. Altı hektardan çox ərazidə inşa olunan bu tibb müəssisəsində Qəbul, Terapiya, Kardiologiya, Cərrahiyyə, Travmatologiya-ortopediya, Ürək-damar cərrahiyyəsi, Oftalmologiya, LOR, Pediatriya, Doğum, Ginekologiya, Yoluxucu xəstəliklər, Anesteziologiya-reanimasiya, Hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək.

Chosen
24
3
publika.az

10Sources