Bu gün Misli Premyer Liqasının IX turunun oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, günün ilk matçına Bakıda start veriləcək. “Araz-Naxçıvan” komandası “Liv Bona Dea Arena”da “Sabah”ı qəbul edəcək.
Qarşılaşma saat 16:00-da start götürəcək. Naxçıvan təmsilçisi 15 xalla üçüncü, Bakı klubu 14 xalla dördüncü sıradadır.
Misli Premyer Liqası
 I dövrə, IX tur
 25 oktyabr
 16:00. “Araz-Naxçıvan” – “Sabah”
 Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov.
 VAR: Rəvan Həmzəzadə.
 AVAR: Cəmil Quliyev.
 Hakim-inspektor: Şahin Cəfərov.
 AFFA nümayəndəsi: Emin Cəfərov.
 “Liv Bona Dea Arena”
Qeyd edək ki, ötən gün “Turan Tovuz” “Karvan-Yevlax”ı (2:1), “İmişli” isə “Kəpəz”i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.
 
                        