"İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in “Qızıl buts” mükafatına layiq görülüb.
QOL.az xəbər verir ki, mükafat futbolçuya MLS-in pley-off mərhələsinin 1/8 finalında “Neşvill”lə matçdan öncə təqdim edilib. Bu oyun 5:3 hesabı ilə “İnter Mayami”nin xeyrinə başa çatıb. Messi oyunda 3 qolun müəllifi olub.
Argentinalı ulduz bu mükafatı çempionatın ən məhsuldar futbolçusu kimi qazanıb.
38 yaşlı hücumçu MLS-in müntəzəm mövsümündə 28 oyuna 29 qol vuraraq bombardir adını qazanıb.
Qeyd edək ki, Messi “İnter Mayami”yə 2023-cü ilin yayında keçib.
