EN

Messi MLS də klub səviyyəsində il ərzində ən çox qol vuran oyunçu olub

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Argentina millisinin hücumçusu, ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi MLS tarixində bir təqvim ili ərzində klub səviyyəsində ən çox qol vuran oyunçu olub.

APA xəbnər verir ki, Messi bu nailiyyətə Şərq Konfransının pley-off mərhələsinin birinci raundunda “Neşvill”ə qarşı keçirilən oyunda imza atıb.Görüş 3:1 hesabı ilə “İnter Mayami”nin xeyrinə başa çatıb, argentinalı ulduz isə iki qol vuraraq 2025-ci ildə bütün turnirlər üzrə qollarının sayını 39-a çatdırıb.

Bundan öncə bu göstəriciyə görə rekord 38 qolla meksikalı Karlitos Vela (2019) və qabonlu Deni Buangaya (2023) məxsus olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
64
7
apa.az

10Sources