EN

İspaniyada iki penalti qaytaran “Qarabağ”ın qapıçısı onların oğludur - VİDEO

“Qarabağ” U-19 komandası UEFA Gənclər Liqasında “Atletik”lə qarşılaşıb (0:5).

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin qapıçısı Teymur Həsənov iki penalti qaytarıb.

O, əvvəlcə matçın 57-ci dəqiqəsində Peio Huestamendianın 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməsinə mane olub.

70-ci dəqiqədə isə Manex Lozanonun penaltisinin qarşısını alıb. Epizodun davamı qol olsa da, T.Həsənov 2 penalti qaytarmaqla diqqət çəkib.

Teymur Həsənovun atası “Qarabağ”ın qapıçılar üzrə məşqçisi Elxan Həsənov, anası isə Azərbaycan voleybol yığmasının sabiq üzvü, “Azerreyl”in məşhur oyunçusu Alla Həsənovadır.

Chosen
96
sportinfo.az

1Sources