EN

Almaniya Ukraynanın enerji sisteminin bərpası üçün yeni yardım paketi ayırıb

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Almaniya Ukraynaya 60 milyon avroluq yeni yardım paketi ayırıb".

Oxu.Az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Yuliya Sviridenko öz "Telegram" kanalında yazıb.

Bildirilir ki, yardım Ukraynanın zədələnmiş enerji infrastrukturunun bərpasına yönəldiləcək.

Baş nazirin postunda deyilir: "Almaniya bizim böhranlı vəziyyətdə olan infrastrukturumuzun dayanıqlılığını gücləndirir və Ukrayna Energetikasına Dəstək Fonduna 60 milyon avro ayırır. Bu vəsait generatorların, enerji avadanlığının və mobil istilik elektrik stansiyalarının təchizatını sürətləndirməyə kömək edəcək".

O, həmçinin yazıb ki, Almaniyanın energetika naziri Katerina Rayhe ilə görüşdə Ukraynanın qışa hazırlığı və enerji dayanıqlılığının gücləndirilməsi məsələləri müzakirə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
oxu.az

1Sources