EN

Atlantikanın hər iki tərəfindən siqnal: Aİ və ABŞ Moskva üzərində birləşdi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukrayna münaqişəsi ilə bağlı sərt bəyanatla çıxış edib.

Globalinfo.az xəbər verir ki, o, X  sosial media hesabında paylaşım edərək, Rusiyanı danışıqlara məcbur etmək üçün Avropanın təzyiqləri artırmalı olduğunu bildirib.

“Razılaşdırılmış məhdudiyyətlər Rusiyaya atəşkəslə razılaşmaq üçün təzyiq göstərməyin açarıdır. Biz dayanmayacağıq,” – deyə fon der Leyen vurğulayıb.

Avropa Komissiyasının rəhbəri həmçinin Avropa müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirildiyini və “reparasiya krediti” (Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi mexanizmi) üzərində işlərin davam etdiyini qeyd edib.

“Reparasiya krediti üzrə variantlar artıq hazırlanır, yaxın vaxtlarda təqdim olunacaq,” – o əlavə edib.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
66
globalinfo.az

1Sources