EN

HƏMAS: Qazanı bərpa prosesinə beynəlxalq komissiya nəzarət edəcək

HƏMAS: Qazanı bərpa prosesinə beynəlxalq komissiya nəzarət edəcək

Xüsusi beynəlxalq komissiya Qəza sektorunun bərpasının maliyyələşdirilməsi və həyata keçirilməsini nəzarət edəcək.

AFN.az xəbər verir ki, bu barədə Qahirədə aparılan danışıqların nəticələrinə görə Fələstin fraksiyaları açıqlama verib.

HƏMAS hərəkatının Qahirə danışıqlarında iştirak edən nümayəndə heyətinin telegram kanalında yayımlanan məlumatda bildirilib: “Qəzanın bərpasının maliyyələşdirilməsinə və həyata keçirilməsinə nəzarət etmək üçün xüsusi beynəlxalq komissiya yaradılacaq. Anklavın idarəçiliyi Fələstin Komitəsinə veriləcək, bu komitə isə müstəqil texnokratlardan formalaşdırılacaq, beynəlxalq təşkilatlar və ərəb ölkələrinin nümayəndələri ilə koordinasiya şəraitində sektor sakinlərinin əsas ehtiyaclarını təmin etməkdən məsul olacaq.”

Chosen
32
afn.az

1Sources