EN

Ronaldudan Levandovskiyə sürpriz təklif

Portuqaliyalı superulduz Kriştianu Ronaldu “Barselona”nın hücumçusu Robert Levandovski ilə şəxsi əlaqə yaradıb.

Fanat.Az "365 Scores" nəşrinə istinadən xəbər verir ki, “Əl-Nəsr”in kapitanı polşalı forvarda mövsümün sonunda Səudiyyə Ərəbistanına gələrək komandaya qoşulmağı təklif edib. Ronaldu təcrübəli hücumçunun “Əl-Nəsr”də özünə ideal tərəfdaş ola biləcəyinə inanır və klub rəhbərliyinə də bu transferin reallaşması üçün təzyiq göstərir.

Məlumata görə, 37 yaşlı Levandovski “Barselona” ilə müqaviləsinin bitməsindən sonra karyerasını Asiyada davam etdirməyə müsbət yanaşır, lakin qərarını hələ verməyib.

Kamil Xudiyev

Chosen
45
1
fanat.az

2Sources