EN

ABŞ nüvə təyyarədaşıyıcısı “Gerald Ford”u Venesuelaya göndərdi

ABŞ nüvə təyyarədaşıyıcısı “Gerald Ford”u Venesuelaya göndərdi

ABŞ-ın nüvə təyyarədaşıyan gəmisi Gerald Ford Venesuelaya göndərilib.

ABŞ-ın nüvə ilə işləyən təyyarədaşıyıcısı Gerald R. Ford Venesuela istiqamətinə yola salınıb. Onu bir kruizer, 5 destroyer və 90 təyyarə müşayiət edir.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, gəmi və onun zərbə qrupu əsasən “narkotik trafiki ilə mübarizə” aparacaq. “Gerald Ford” dünyanın ən böyük təyyarədaşıyıcısı və tarixi rekord qıran suötürmə qabiliyyətinə malik gəmi hesab olunur.

Qeyd edək ki, bəzi Qərb KİV-ləri əvvəlcə yazmışdı ki, ABŞ prezidenti yalnız “Maduronun meyiti onun əlinə keçəndə” razı qalacaq.

Chosen
119
interpress.az

1Sources