EN

Rektorun bağlanmış bankının dövlətə borcu yarım milyona çatdı

Ləğv prosesi davam edən "Muğanbank" ASC-nin dövlətə olan vergi borcu 500 min manata yaxınlaşıb.

Bankın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 498 719,56 manat məbləğində vergi borcu mövcuddur.

Xatırladaq ki, bankın lisenziyası 2023-cü il 18 oktyabr tarixində Mərkəzi Bankın qərarı ilə ləğv edilib. 24 oktyabr 2023-cü ildə isə Bakı Apellyasiya Məhkəməsi "Muğanbank" ASC-ni müflis elan edib. Bankın ləğvi prosesi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunub.

Bankın müxtəlif vaxtlarda da dövlətə vergi borcu olub. Belə ki, 2024-cü ilin mart ayında "Muğanbank"ın vergi borcu 532 071,87 manat, iyun ayında isə 607 723,34 manat təşkil edib. Hazırda isə bu məbləğ azalıb və 498 min manat səviyyəsinə enib.

Qeyd edək ki, bankın qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur. “Muğanbank”ın sahibi isə keçmiş deputat, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevdir. \\Valyuta.az 

Chosen
27
hurriyyet.az

1Sources