“Barselona”nın gənc hücumçusu Lamin Yamal ispan “Kings League” media-turnirində iştirak edən “Porsinos” komandasının oyun tərzini Madrid “Real”ına bənzədib.
90deqiqe.Az-ın məlumatına görə, 18 yaşlı futbolçu turnirin birbaşa yayımına qatılarkən bu haqda belə deyib:
“Bəli, əlbəttə. Onlar hiyləgərlik edir və daim şikayətlənirlər.”
Jurnalistlər daha sonra ondan “Səncə, ‘Real’ doğrudanmı hiyləgərlik edir?” – deyə soruşublar. Yamal isə gülərək cavab verib:
“Görəcəyik.”
Qeyd edək ki, “Barselona” və “Real” İspaniya La Liqasının X turu çərçivəsində qarşılaşacaq. Oyun bazar günü Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.