EN

Stiv Uitkoff Zelenskini ərazi güzəştlərinə razı salmağa çalışıb - ÖZƏL

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ukrayna dövlət başçısı Vladimir Zelenskini ərazi güzəştlərinə getməyə razı salmağa çalışıb.

Olaylar xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb və xəbəri öz mənbələrinə istinadla təqdim edib.

Agentliyin məlumatına görə, ötən həftə Donald Tramp ilə Vladimir Zelenski arasında keçirilən görüş zamanı Uitkoff bir daha Ukrayna prezidentini Putinin tələblərinə uyğun olaraq Donbasın Rusiyaya güzəştə gedilməsinə razı olmağa sövq edib.

Bundan əvvəl "The New York Times" da yazmışdı ki, ABŞ prezidenti Donald Tramp Zelenski ilə görüşdə sülh naminə ərazi güzəştlərinə getməyi tövsiyə edib.

Eyni zamanda, Tramp bildirib ki, onun üçün əsas prioritet Ukrayna münaqişəsinin tez bir zamanda həllidir və bu məsələ Kiyevin Donbas üzərində nəzarəti bərpa etmək istəyindən daha vacib sayılır.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
47
olaylar.az

1Sources