EN

Eyni anda iki qayda pozan sürücü hərəkəti çətinləşdirdi 99 KU 717 VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov və Abay Kunanbayev küçələrinin kəsişməsində qayda pozan sürücü lentə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 24-də səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 99-KU-717 dövlət nömrə nişanlı “Khazar” markalı avtomobilin sürücüsü dayanma-durma qaydasını pozub. Belə ki, o, maşını avtobus dayanacağında saxlayaraq ictimai nəqliyyat vasitələrinə əngəl törədib. Eyni zamanda sürücü avtomobili döngədə park etdiyi üçün digər maşınların hərəkətinə çətinlik yaradıb və təhlükəyə səbəb olub. 

Qeyd edək ki, qanunvericiliyə görə, avtobus dayanacaqlarında və döngələrdə dayanmaq qadağandır. Belə hərəkətlər yalnız digər sürücülərin və sərnişinlərin hərəkətini çətinləşdirmir, həm də sürücüyə inzibati cərimə və hüquqi məsuliyyət gətirir.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
avtosfer.az

1Sources