Ayna saytına istinadən ain.az xəbər verir.
Baş nazir: “Ukrayna təcili olaraq əlavə qaz idxalı məsələsini həll etməlidir”
“Ukrayna təcili olaraq əlavə qaz idxalı məsələsini həll etməlidir”. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, bu sözləri ölkənin Baş naziri Yuliya Sviridenko Ali Radada deyib.
"Sizə hər kəsə yox, ayrıca tam cavab verəcəyəm", - deyə o idxal edilməli olan qazın həcmini göstərmədən bildirib.
Onun sözlərinə görə, Ukrayna istilik mövsümünün əvvəlinə qədər yeraltı anbarlarda 13,2 milyard kubmetr qaz toplamağı planlaşdırırdı: "Bu məqsədə nail olundu və bizdə bu həcm var idi".
Eyni zamanda, Baş nazir daxili istehsalda əhəmiyyətli itkilər olduğunu bildirib: "Qaz sisteminə hücumlarla nə baş verdiyini bilirsiniz. Daxili qaz istehsalında itkilər barədə ictimaiyyətə danışmaq istəmirəm, amma təcili olaraq əlavə qaz idxalı məsələsini həll etməliyik".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.