EN

Barselona da ciddi itki: Rafinya El Klasiko da oynamayacaq

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Barselona"nın aparıcı futbolçularından olan Rafinya "Real Madrid"lə vacib oyunda komandasına kömək edə bilməyəcək.

Oxu.Az xəbər verir ki, bu barədə məşhur jurnalist Cerard Romero "El-Klasiko" ərəfəsində məlumat yayıb.

Onun sözlərinə görə, braziliyalı futbolçu bu gün "Barselona"nın məşqini yarımçıq tərk edib. Rafinya daha əvvəl özünü yaxşı hiss etdiyindən klubun məşqlərinə qoşulmuşdu.

Futbolçu sentyabrın 25-də La Liqada "Ovyedo"ya qarşı oyunda bud nahiyəsindən zədə alıb.

Xatırladaq ki, "Barselona" oktyabrın 26-da Madridin məşhur "Santyaqo Bernabeu" stadionunda "Real Madrid"in qonağı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
79
1
oxu.az

2Sources