EN

ABŞ ın narkotik daşıyan gəmiyə hücumunda 6 narkotacir ölüb

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

ABŞ ordusunun ötən gecə Karib hövzəsində narkotik qaçaqmalçılığına qarşı həyata keçirdiyi əməliyyat nəticəsində 6 terrorçu öldürülüb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset özünün “X” hesabənda məlumat verib.

“Ötən gecə prezident Trampın göstərişinə əsasən, müharibə nazirliyi terror təşkilatı “Tren de Aragua” tərəfindən idarə olunan gəmiyə ölümcül zərbə endirdi. Bu gəmi Karib dənizində narkotik qaçaqmaqlçılığı ilə məşğul idi. Nəticədə 6 kişi narko-terroristi öldürüldü. Heç bir ABŞ hərbçisi xəsarət almayıb. Əgər siz, bizim yarımkürədə narkotik qaçaqmalçılığı ilə məşğul olan narko-terrorçusunuzsa, biz sizə Əl-Qaidəyə göstərdiyimiz münasibəti göstərəcəyik. Şəbəkələrinizi aşkar edəcək, adamlarınızı izləyəcək və sizi öldürəcəyik”, - Heqset xəbərdarlıq edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
60
3
apa.az

4Sources