EN

Sürücülərin nəzərinə “Azadlıq meydanı”nda parada görə yol bağlanmayıb VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakıda “Azadlıq meydanı”nda 8 Noyabr Zəfər Günü ilə əlaqədar hərbi parad keçiriləcək. Bununla bağlı ərazidə hazırlıq işlərinə başlanılıb, asfalt qatı qaşınıb və yeni asfalt döşənir. İşlərin daha təhlükəsiz və nəqliyyatən hərəkətinə maneə yaratmadan həyata keçirilməsi üçün ərazidə nəqliyyatın hərəkəti müvəqqəti dəyişdirilir. Yəni, hər hansı məhdudlaşdırma yoxdur, yalnız istiqamət dəyişdirilir ki, bu da asfalt qatının qaşınması ilə bağlıdır.

Ərazidə olan Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı bununla əlaqədar olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis mayoru Toğlur Nəsirliyə suallarını ünvanlayıb.

T.Nəsirli bildirib ki, Yol Patrul Xidməti Alayının əməkdaşları ərazidə fəsiləsiz xidmət aparır, hər hansı bir məhdudiyyət tətbiq olunmur. Çətinlik yarandıqda isə polis əməkdaşları hərəkətin rahatlığını və təhlükəsliyini təmin edirlər.

Ərazidə müvəqqəti yol nişanları quraşdırılıb. Yol polisi xahiş edir ki, sürücülək həmin nişanları üstün tutaraq buna uyğun hərəkət etsinlər.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
65
avtosfer.az

1Sources