Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriev ABŞ-da səfərdədir.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “CNN” telekanalı yayıb.
Bildirilib ki, həmçinin Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun baş direktoru olan K.Dmitrievin ABŞ lideri Donald Tramp administrasiyasının nümayəndələri ilə görüşü gözlənilir:
“Görüş zamanı ABŞ və Rusiya arasında münasibətlərin müzakirəsinin davam etdirilməsi planlaşdırılır”.
Bizim.Media