EN

“İraqın suverenliyini qətiyyətlə dəstəkləyirik” – Makron

“İraqın davamlı inkişafı əsasən bütün Yaxın Şərq regionunun sabitliyini müəyyən edir”.

Busaat.az xəbər verir ki, bu fikirləri Fransa prezidenti Emmanuel Makron deyib.

“Biz İraqın suverenliyini qətiyyətlə dəstəkləyirik və inanırıq ki, Yaxın Şərqdə mövcud qarışıqlıq dövründə İraqın sabitliyi və onun suverenliyinə hörmət bütün regionda sabitliyin ən mühüm sütunlarıdır”,-Makron qeyd edib.

Fransa prezidenti ilin sonuna qədər Bağdada səfər edəcəyinə ümid edir:

“Mən bu il İraqa səfər etməyi planlaşdırıram”.

Yeganə

 

Chosen
36
busaat.az

1Sources