“Yuventus”un hücumçusu Duşan Vlahoviç “Barselona”nın transfer hədəfindədir.
İdmanxeber.az “Fichajes”ə istinadən xəbər verir ki, serbiyalı forvard 2026-cı ildə Kataloniya klubuna keçə bilər. 25 yaşlı futbolçu “Yuventus”la yeni müqavilə imzalamaqdan imtina edib.
Baş məşqçi Hans-Diter Flik onun oyun üslubunu bəyənir və komandasında görmək istəyir. Vlahoviç bu mövsüm 10 oyunda 4 qol və 1 ötürmə ilə yadda qalıb.