EN

Yunanıstan klubu Rafael Benitesə tapşırıldı

Məşhur ispaniyalı mütəxəssis Rafael Benites Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi təyin olunub.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Afina klubunun Mətbuat Xidməti rəsmi məlumat yayıb.

İspan çalışdırıcı bu vəzifədə Ruy Vitoriyanı əvəz edib.

Xatırladaq ki, 65 yaşlı məşqçi karyerası boyunca "Real Madrid", "Liverpul", "Napoli", "Valensiya" kimi iddialı klublara rəhbərlik edib. Benitesin son iş yeri 2023-cü ilin iyulundan 2024-cü ilin martına kimi çalışdırdığı "Selta" klubu olub.

"Cebheinfo.az" 

Chosen
43
1
cebheinfo.az

2Sources