EN

Luvr oğurluğunda istifadə olunan liftin istehsalçı şirkəti hadisəni reklama çevirdi

Parisdəki Luvr Muzeyində baş verən zinət əşyaları oğurluğu, fərqində olmadan bir Alman şirkətini də hadisənin mərkəzinə gətirib. Oğruların istifadə etdiyi mebel lifti istehsal edən firma bu vəziyyəti yumoristik bir reklam kampaniyasına çevirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Dortmund yaxınlığındakı Verne şəhərində fəaliyyət göstərən şirkət “Sürətli hərəkət etməli olduğunuzda” şüarı ilə "Facebook" və "Instagram"da yeni bir reklam kampaniyasına başlayıb.

Kampaniyada oğruların Luvra girmək üçün istifadə etdiyi "Agilo" model mebel liftinin fotosu yer alıb.

Şirkət cihazın dəqiqədə 42 metr sürətlə 400 kiloqrama qədər xəzinə daşıya bildiyini və üstəlik səssiz işlədiyini vurğulayıb.

Marketinq müdiri Yuliya Şarvats, həyat yoldaşı və firmanın üçüncü nəsil baş direktoru Aleksandr Bökker ilə xəbəri oxuyanda şok olduqlarını deyib. Şarvats bildirib: “Bu, doğrudan da qınanmalı bir hərəkət idi və cihazımız bu işdə istifadə olunmuşdu. Amma kimsənin zərər görmədiyini anlayanda, öz aramızda zarafat etməyə başladıq.”

Hadisədən sonra əməkdaşlardan, iş ortaqlarından və müştərilərdən çox sayda mesaj aldıqlarını bildirən Şarvats əlavə edib: “Hər kəs bizimlə əlaqə saxladı, biz də bununla bağlı nəsə etməli olduğumuzu düşündük. Bazar ertəsi səhəri kampaniyanı artıq hazırlamışdıq”.

Chosen
23
1
operativmm.az

2Sources