Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı, Vətən müharibəsinin iştirakçısı Vüsal Qurbanlının ölümünün təfərrüatları məlum olub.
Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, 31 yaşlı məmurun ölümü qəfildən baş verib.
O, ayaqqabılarının ipini bağlayan zaman infarkt keçirib və yerə yıxılıb. Yanında olanlar V.Qurbanlıya yardım etməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları çağırılıb. Həkimlərin səyinə baxmayaraq V.Qurbanlının həyatını xilas etmək mümkün olmayıb.
Meyit ekspertizadan keçirilib. Onun ölümündə şübhəli məqam aşkarlanmayıb. Ekspertlərin rəyinə görə, ölüm 5 saniyə ərzində baş verib.
Mərhum Bakının Qala qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.