EN

Lənkəranda mobil operatorlardan birinin əməkdaşını tok vurdu

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Lənkəranda 39 yaşlı kişini elektrik cərəyanı vurub.

"Unikal"ın verdiyi xəbərə görə, hadisə saat 13:00 radələrində Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda qeydə alınıb. Mobil operatorlardan birinin enerji mühəndisi vəzifəsində çalışan Cəlilabad rayonunun Günəşli kənd sakini 1986-cı il təvəllüdlü Rusif Nurəddin oğlu Əmənovu elektrik cərəyanı vurub. R.Əmənov ətrafdakıların köməyi ilə dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub və vəziyyətinə uyğun olaraq o, reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin sözlərinə görə onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
65
6
unikal.az

8Sources