EN

“AzInTelecom”un təcrübəsi Filip Kotlerin “Müasir marketinqin əsasları” kitabında yer alacaq

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC dünyamarketinq elminin banilərindən sayılan Filip Kotlerin “Müasirmarketinqin əsasları” adlı nəşrində təqdim ediləcək.

Nəşrdə “AzInTelecom”un uğurlu təcrübəsi kimi SİMA RəqəmsalHəllər Platforması xüsusi yer alacaq. Kitabda biometriyatexnologiyasına əsaslanaraq rəqəmsal imza, identifikasiya və ödənişsistemlərini bir ekosistemdə birləşdirən platformanın ölkədərəqəmsal xidmətlərə çıxışı asanlaşdırmasından bəhs olunur.

Filip Kotlerin kitabında “AzInTelecom”un yanaşması texnologiyailə bərabər, həm də marketinq və istifadəçi təcrübəsinin uğurlusintezi kimi dəyərləndirilir. Belə ki, şirkət rəqəmsal imzanıngeniş istifadəsini təşviq etmək üçün sadə interfeys, biometrikidentifikasiya və çoxkanallı kommunikasiya strategiyası tətbiqedir. Bu yanaşma nəticəsində “SİMA İmza” mobil tətbiqi 5 milyondançox istifadəçi tərəfindən yüklənilib, 50 milyondan artıqtranzaksiya həyata keçirilib.

İstənilən vaxt və məkanda etibarlı, davamlı və innovativxidmətlər təqdim etmək məqsədilə yaradılmış SİMA ölkəninrəqəmsallaşma prosesini sürətləndirir. Platforma, həmçinin ekolojidəyərlərə də töhfə verir – kağız sərfiyyatının azalması sayəsindəmeşələrin qorunmasına, enerji və su ehtiyatlarının qənaətinə şəraityaradır. “AzInTelecom” SİMA Rəqəmsal Platforması ilə yanaşı,innovativ “bulud” həlləri, kibertəhlükəsizlik və sertifikatlaşdırmaxidmətləri vasitəsilə rəqəmsal gələcəyin birgə formalaşdırılmasınada töhfə verir.

“Müasir marketinqin atası” kimi tanınan Filip Kotler 90-dan çoxkitabın, o cümlədən dünyanın aparıcı tədris müəssisələrindəöyrədilən “Marketing Management” əsərinin müəllifidir. Onun 60 iliəhatə edən karyerası marketinqin elmi və praktik əsaslarınıformalaşdırıb. Kotlerin “Harvard Business Review”, “Journal ofMarketing” kimi nüfuzlu jurnallarda 100-dən artıq məqaləsi dərcedilib, dünyanın müxtəlif ölkələrində şirkətlərə rəqabətqabiliyyətini artırmaq üçün effektiv marketinq prinsiplərini tətbiqetməyə dəstək olub.

Məqalədə:
Chosen
69
12
az.trend.az

10Sources