EN

“Macarıstan sanksiyalarından yan keçməyin yolunu axtarır” – Viktor Orban

Macarıstan ABŞ-nin Rusiya neft şirkətlərinə qarşı sanksiyalarından yan keçmək üçün yol tapmağın üzərində çalışır.

NOCOMMENT.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri yerli radioya müsahibəsində deyib.

Orban bildirib ki, ABŞ-nin tətbiq etdiyi sanksiyalarla bağlı Macarıstanın MOL neft-qaz şirkəti ilə danışıb.

“Biz bu sanksiyalardan necə yan keçmək üzərində işləyirik”, – baş nazir təfərrüatları açıqlamadan deyib.

Məlum olduğu kimi, MOL-un Macarıstan və Slovakiyadakı ümumi gücü ildə 14,2 milyon ton neft olan neft emalı zavodları “Drujba” kəməri ilə nəql olunan Rusiya neftindən asılıdır.

Xatirə SADİQ

Chosen
50
nocomment.az

1Sources