2026-cı ildə yaşayış minimumunun uşaqlar üçün 260 manat olacağı alimentin artacağı mənasına gəlmir.
Bu sözləri Trend-ə bu gün “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransı çərçivəsində Azərbaycan Respublikası Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
"Mənim fikirimcə aliment artmayacaq, olduğu kimi, eyni qaydada qalacaq", - deyə komitə sədri əlavə edib.