EN

Şuşa 2026-cı ildə İƏT-in turizm paytaxtı olacaq

BAKI, 24 oktyabr. TELEQRAF

Azərbaycanın Baş naziri Əli Əsədov “Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib.

Sərəncama əsasən, tədbirlər planında nəzərdə tutulan işlərin icrasına Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi məsul orqan kimi müəyyən olunub.

Planın həyata keçirilməsi üçün tələb olunan vəsait 2026-cı il dövlət büdcəsindən və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdiriləcək.

Sənədin icrasına nəzarət isə Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə tapşırılıb.

Chosen
87
1
teleqraf.com

2Sources