EN

Nişanı heçə sayıb birtərəfli yola “protiv” girən sürücü 99 QA 198 VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Binəqədi rayonu, Məmməd Əmin Rəsulzadə qəsəbəsində kobud qayda pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 7-də səhər saatlarında qeydə alınıb. Belə ki, 99-QA-198 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü birtərəfli yolda əks istiqamətdə hərəkət edir. Görüntüdən aydın olduğu kimi, ərazidə “birtərəfli yol” nişanı quraşdırılıb. 

Qeyd edək ki, birtərəfli yol nişanı təsadüfi yerləşdirilmir – bu, hərəkətin təhlükəsizliyini təmin etmək üçündür. Həmin nişanın tələbinə əməl etməmək qəza riskini artırır və həmçinin 100 manat cərimə, 4 cərimə balı ilə nəticələnir.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
avtosfer.az

1Sources