EN

Seyidbəyli kəndinə köçən sakin: Kəndimizin dirçəlməsinə xidmət edəcəyəm

"Babam Birinci Qarabağ müharibəsi qazisidir. Qardaşım isə antiterror tədbirlərinin iştirakçılarındandır. Mən çox xoşbəxtəm ki, bu tarixi yaşayıram. Doğma yurdumuza qayıdırıq".

Bunu APA-ya açıqlamasında bu gün Xocalının Seyidbəyli kəndinə köçən Arzu Alızadə deyib.

"Buna görə dövlətimizin başçısına ailəmiz adından dərin təşəkkürümü bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Onu da qeyd edim ki, mən ali təhsil almış gənc kimi ilk iş fəaliyyətimə doğma kəndimizdə başlayacağam. Kəndimizin yenidən dirçəlməsinə xidmət edəcəyəm", - o bildirib.

Chosen
70
3
apa.az

4Sources