EN

Seyidbəyli kəndinə köç edən sakin: Kəndimizin yenidən dirçəlməsində xidmət edəcəm

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Babam birinci Qarabağ müharibəsi qazisidir. Qardaşım isə antiterror tədbirlərinin iştirakçılarından biridir. Mən çox xoşbəxtəm ki, bu tarixi yaşayıram. Doğma yurdumuza qayıdırıq".

Bunu APA-ya açıqlamasında bu gün Xocalının Seyidbəyli kəndinə köç edən Arzu Alızadə deyib.

"Buna görə dövlətimizin başçısına ailəmiz adından dərin təşəkkürümü bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Onu da qeyd edim ki, mən ali təhsil almış gənc kimi ilk iş fəaliyyətimə doğma kəndimizdə başlayacam. Kəndimizin yenidən dirçəlməsində xidmət edəcəm", - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
71
3
apa.az

4Sources