EN

Abubakar "Qəbələ" ilə oyunda "Neftçi"yə kömək edəcəkmi? - SON DURUM

"Neftçi"nin ulduz hücumçusu Vensan Abubakar komandanın məşqlərində iştirak edir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Samir Abasov Kamerun millisinin kapitanının hazırlıq səviyyəsindən razıdır.

33 yaşlı forvard son klubu "Hatayspor"dan ayrılandan sonra bir müddət futbolsuz qalsa da, fərdi məşqlər etdiyi üçün formasından çox da uzaq deyil. Vensanın "ağ-qaralar"ın heyətində hansı matçda debüt edəcəyinə gəlincə, onu bu tur meydanda görmək ehtimalımız yüksəkdir. Belə ki, Abubakarın oktyabrın 26-da, komandasının "Qəbələ" ilə səfər matçında oynayacağı gözlənilir. Abasov təcrübəli legionerin adını start "11-liy"ə salmağı planlaşdırmasa da, onu sonradan meydana buraxmaq barədə düşünür.

Nihat 
 

Chosen
21
fanat.az

1Sources