EN

Tanınmış mütəxəssis Yunanıstan klubunun baş məşqçisi təyin edildi - RƏSMİ

BAKI, 24 oktyabr. TELEQRAF

İspaniyalı mütəxəssis Rafael Benites Yunanıstanın “Panatinaikos” komandasının baş məşqçisi təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyde edək ki, 65 yaşlı mütəxəssis daha əvvəl “Selta", “Everton”, “Dalyan Pro”, “Nyukasl”, Madrid “Real”ı, “Napoli”, “Çelsi”, “İnter”, “Liverpul” və digər komandaları çalışdırıb. Hazırda “Panatinaikos” Yunanıstan çempionatında 7-ci, Avropa Liqasında isə 28-ci pillədə qərarlaşıb.

Chosen
102
2
teleqraf.com

3Sources