Avropanın bir sıra klubları UEFA Çempionlar Liqasında "Real Madrid"ə qarşı kapitan sarğısı ilə oynayan “Yuventus”un futbolçusu Kenan Yıldızı transfer etməkdə maraqlıdır. Metbuat.az xəbər verir ki, "Mançester Yunayted"in Yıldızla maraqlandığı barədə iddialar dərc ediləndən sonra və daha bir təəccüblü iddia ortaya atılıb. Agent Giovanni Branchini bildirib ki, "Real Madrid"in baş məşqçisi Xabi Alonso Kenan Yıldızın transfer edilməsi üçün təlimat verib. İddialara görə, Alonso Kenan Yıldızın transferi üçün Kilian Mbappedən başqa digər futbolçuların göndərilməsinə razıdır. Qeyd edək ki, “Real Madrid”in soial media hesabında 1-0 hesabı ilə yekunlaşan "Yuventus" oyunundan sonra Kenan Yıldızla Arda Gülerin birgə fotosu paylaşılıb.