EN

Tramp 2028 ci ildə yenidən namizədliyini irəli sürəcək

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bennon bəyan edib ki, Tramp 2028-ci ildə üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürə biləcək. Reyting.az xəbər verir ki, "The Economist"-ə danışan Bennon insanların bu vəziyyətə alışmalı olduqlarını iddia edib və Trampın üçüncü müddətə hazırlaşdığını deyib. ABŞ Konstitusiyasının prezidentlərə yalnız iki müddətə səlahiyyət verdiyinə gəldikdə, Bennon Tramp administrasiyasının bunun üçün bir planı olduğunu və detalların vaxtında açıqlanacağını bildirib. Bennon iddia edib ki, Tramp 2028-ci ildə daha bir müddətə prezident seçilməlidir: "2016 və 2024-cü illərdə 2028-ci ildəkindən daha az qalib gəlmək şansımız var idi. Başladığımız işi bitirməliyik. Trampın daha bir müddətə xidmət etməsi Amerika xalqının iradəsidir".ABŞ Konstitusiyası bir şəxsin ardıcıl və ya fasilələrlə iki dəfədən çox prezident seçilməsini qadağan edir. Trampın artıq ikinci müddətini keçirməsi bəzi müttəfiqlərinin onun üçüncü müddətə vəzifədə olma şansının seçki yolu ilə deyil, prezidentlik varisliyinə əsaslanan fərqli bir üsulla ola biləcəyini deyirlər.ELÇİN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
55
1
reyting.az

2Sources