EN

“Türkiyə Qəzzanın yenidən qurulması üzərində işləyəcək” – Ərdoğan

“Türkiyə Körfəz ölkələri ilə birlikdə Qəzza zolağının yenidən qurulması üzərində çalışacaq”.

Busaat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Qəzzanın yenidən qurulması asan məsələ deyil. Digər ölkələrlə, xüsusən də Fars körfəzindən olan ölkələrlə birlikdə inşallah bu addımı atacağıq”, – o, bölgəyə üç günlük səfərindən qayıdarkən müxbirlərə deyib.

“İsrailin hücumları kəskin ki, Qəzzanın infrastrukturunu məhv edilib. İndi burada ciddi işlər görülməlidir. İnşaat tikinti texnikasından istifadə edilməklə, daha sonra infrastrukturun bərpası üçün tədbirlər görüləcək.

Qəzza uzun illərdir bütün bəşəriyyət üçün rüsvay olan vəhşiliyə tab gətirdi. Qəzzadakı qardaş və bacılarımız üçün ləyaqətli və firavan gələcək hazırlamaq üçün birlikdə çalışmalıyıq. Türkiyə bütün imkanlardan istifadə edərək, bu məqsədə çatmaq üçün hər cür səy göstərəcək”, – deyə Ərdoğan bildirib.

Yeganə

Chosen
74
busaat.az

1Sources