Ajans.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsinə dənizdən 7 nəfərin cansız bədəni tapılıb. Sahil Mühafizə Briqadası tərəfindən bir nəfər xilas edilib. Qayıqda olan başqa bir nəfər isə özü üzərək sahilə çıxmağı bacarıb. Ərazidə axtarış işləri davam etdirilir.