EN

Paşinyan İrəvanın tarixi mərkəzini sökdürüb yerində kazino tikməyi planlaşdırır – mətbuat

Erməni nəşri “Daily Armenia”-nın məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyanın yeznəsi Qraçya Akopyan İrəvanın tarixi mərkəzində iri kazino kompleksi inşa etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, nəşrin yazdığına görə, kazino-kompleks Qərbi Asiyanın ən böyük qumar mərkəzi olacaq və İrəvanı dünyanın aparıcı əyləncə paytaxtlarından birinə çevirməyi hədəfləyir.

Qraçya Akopyan bildirib ki, “yeni kompleks İrəvanın iqtisadi simasını dəyişəcək və şəhərə minlərlə turist gətirəcək”.

Məlumatda qeyd olunur ki, tarixi mərkəzin sökülməsi və yeni tikilinin inşası 2026-cı ildə başlayacaq.
Layihəni həyata keçirəcək tikinti şirkəti İrəvan meri tərəfindən elan olunacaq qapalı tender vasitəsilə seçiləcək.

Tenderdə kazino və iri ticarət-əyləncə mərkəzləri tikintisində təcrübəsi olan şirkətlərə üstünlük veriləcək.

Musavat.com

Chosen
10
musavat.com

1Sources