EN

Leandro Andrade “Atletik”ə uduzduqları matçdan sonra məğlubiyyətdən dərs çıxaracaqlarını bildirib - FOTO/VİDEO

Leandro Andrade UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Atletik”lə uduzduqları matçdan sonra fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, “Qarabağ”ın futbolçusu İspaniya təmsilçisi “Atletik”ə 1:3 hesabı ilə uduzduqları matçla bağlı şəxsi “Instagram” hesabında paylaşım edib.

26 yaşlı yarımmüdafiəçi məğlubiyyətdən dərs çıxaracaqlarını qeyd edib:

“Əgər bunu öyrənmək fürsəti kimi qəbul etsək, bu, məğlubiyyət sayılmır”, – deyə Andrade yazıb.

Qeyd edək ki, “Qarabağ”ın yeganə qoluna matçın 50-ci saniyəsində Leandro Andrade imza atıb.

İdman.Biz

Məqalədə:
Chosen
24
2
idman.biz

3Sources