EN

Sahibə Qafarova Cenevrədə Alen Simonyanla görüşündən danışıb

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə ermənistanlı həmkarı Alen Simonyanla görüşündən danışıb...

APA-nın xəbərinə görə, parlamentin bu gün keçirilən iclasında Sahibə Qafarova deyib ki, görüş Parlamentlərarası İttifaq (PAİ) çərçivəsində 3-cü görüşdür.

 
“Oktyabrın 21-də Cenevrədə Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşümüz oldu. Bu, Parlamentlərarası İttifaq çərçivəsində 3-cü görüş idi. Görüşdə Vaşinqton sammitində əldə olunmuş razılıqların və münasibətlərin normallaşması üçün görülən tədbirlərin əhəmiyyəti vurğulandı. Konstruktiv dialoqun davamı etdirilməsinin vacibliyi qeyd edildi”, - Sahibə Qafarova bildirib.

Qeyd edək ki, oktyabrın 21-də Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilib.

Poliqon.info

Chosen
65
21
poliqon.info

10Sources